“E-manat.az” ödəniş portalı artıq sizin xidmətinizdədir. Modenis MMC-ə məxsus ödəniş portalı vasitəsilə siz kommunal xidmət, mobil operator, internet, kabel televiziyası və s. ödənişləri tez, etibarlı və rahat şəkildə həyata keçirə bilərsiniz. 2013-cü ilin martında eManat köşkləri ilə nağd ödəniş bazarına daxil olan Modenis MMC, www.e-manat.az ödəniş portalını istifadəyə verməklə, həm elektron ödənişlərə üstünlük verən ödəyicilər üçün etibarlı vasitə təqdim etmək, həm də ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinə dəstək olmaq məqsədi daşıyır. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur və siz 24/7 e-manat.az-da xidmətlərin haqqlarını ödəyə bilərsiniz.